Son dəqiqə

Qusar

Qusarda “Şəhidlər ölməz – Vətən bölünməz” mövzusunda dəyirmi masa keçirilib

Bakı. TurkicWorld:

Yanvarın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin, Qusar Tarix-Diyarşünaslıq Muzeyinin və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qusar rayonu üzrə səlahiyyətli nümayəndəliyinin birgə təşkilatçılığı ilə “20 Yanvar-Ümumxalq Hüzn Günü”nün 34-cü ildönümü ilə əlaqədar Qusar şəhərində “Şəhidlər ölməz – Vətən bölünməz” mövzusunda dəyirmi masa keçirilib.

TurkicWorld-un məlumatına görə, tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehman Məmmədov, Qusar Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Xatirə Nağıbəyova, QMİ-nin Qusar rayonu üzrə səlahiyyətli nümayəndəsi Fəryaddin Rəhimxanov, şəhid ailələri, mədəniyyət sahəsinin əməkdaşları, icmalar, ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Çıxışlar zamanı tariximizin qəhrəmanlıq səlnaməsi olan “20 Yanvar” hadisəsində canlarını qurban vermiş insanların vətən, xalq sevgisinin çox yüksək olmasından danışılmış və şəhidliyin ən yüksək məqam olduğunu xüsusi vurğulanmışdır. Qeyd edilmişdir ki, Qarabağın düşmən tapdağından azad olunması, ölkəmizin suverenliyinin tam təmin olunması, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş 20 Yanvar şəhidlərinin və bütün şəhidlərimizin ruhlarına böyük bir ərmağandır. Bu gün bizim müstəqil və suveren dövlətimiz şəhidlərimizin əmanətidir.

Mövzuya görə xəbərlər