Bakı. TurkicWorld:
Qızılcanın tədris prosesinə mane olmamasına çalışırıq. Bizim üçün əsas uşaqların sağlamlığıdır. Artıq məktəblərdə uşaqların hərarəti ölçülür.
TurkicWorld xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib.
“Bizim indi üzləşdiyimiz vəziyyət 9-10 il əvvəl valideynlərin verdiyi qərarın nəticəsidir. Bu virusda peyvəndlənmə önəmlidir. Hazırkı rəqəmlər onu deyir ki, böyük bir pandemiya təhlükəsi yoxdur.
Ayrı-ayrı yerlərdə, məktəblərdə yoluxmalar var. Başqa məktəblər və ya siniflər distant təhsilə keçirilməyib, yalnız bir məktəbdə yoluxma sayı çox olduğu üçün distant təhsilə keçirilib”, - deyə nazir əlavə edib.
Xatırladaq ki, şagirdlər arasında qızılca xəstəliyinin aşkar olunması səbəbindən Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində dərslər 14 gün müddətinə distant formada keçiriləcək.