Bakıda keçirilən hərbçilər arasında güləş üzrə dünya çempionatınin bağlanış mərasimi kecirilib

Bakıda keçirilən hərbçilər arasında güləş üzrə dünya çempionatınin bağlanış mərasimi kecirilib

Bakı. TurkicWorld:

Dövlət Sərhəd Xidməti və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Sərhədçi” İdman Olimpiya Mərkəzində hərbçilər arasında keçirilən güləş üzrə 36-cı dünya çempionatının bağlanış mərasimi keçirilib.

TurkicWorld-un məlumatına görə, Beynəlxalq Hərbi İdman Şurasının rəhbərliyi, yüksəkrütbəli hərbçilər və beynəlxalq idman aləminin tanınmış simalarının iştirak etdiyi tədbirdə əvvəlcə hərbçilərin paradı təşkil olunub.

Tədbirdə çıxış edən Beynəlxalq Hərbi İdman Şurasının Avropa üzrə vitse-prezidenti Dirk Şvede yarışda 18 ölkə arasında dostluğun nümayiş olunduğunu bildirib. Onun sözlərinə görə, bütün idmançılar qələbə əzmi göstərdilər və sona kimi mübarizə apariblar.

Dövlət Sərhəd Xidməti rəisinin müavini təşkilat komitəsinin sedri general-leytenant Abbas Xəlilov olkemizin bu günə kimi bir çox nüfuzlu yarışa ev sahibliyi etdiyini bildirib . O, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu idman siyasəti nəticəsində Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını vurğulayıb. Abbas Xəlilov Gənclər və İdman Nazirliyinə, Azərbaycan Güləş Federasiyasına, azarkeşlərə eləcə də media nümayəndələrinə təşəkkürünü bildirib ve uğur qazanan idmançıları təbrik edib.

Ardınca Dövlət Sərhəd Xidmətinin rəisinin müavini Təşkilat komitəsinin sədri general- leytenant Abbas Xəlilov Dövlət Sərhəd Xidmətinin polkovniki Firdovsi Umudov, və "Sərhədçi" İdman Mərkəzinin rəisi, təşkilat komitəsinin nümayəndəsi polkovnik Elşən Mirzəyev Beynəlxalq Hərbi İdman Şurası tərəfindən ordenlə təltif olunublar. Beynəlxalq hakimlərə isə sertifikat və diplomlar təqdim edilib.

Qeyd edək ki, Azərbaycan güləşçiləri dünya çempionatını 21 medalla başa vurublar.