UEFA “Qarabağ” və “Qəbələ”yə maliyyə vəsaiti ayırıb

UEFA “Qarabağ” və “Qəbələ”yə maliyyə vəsaiti ayırıb

Bakı. TurkicWorld:

UEFA Azərbaycanın 2 klubuna ödəniş edib.

İdman.biz xəbər verir ki, “Qarabağ” və “Qəbələ”yə 2023/2024-cü illər mövsümündə UEFA-nın bayrağı altında keçirilən turnirlərdə iştirakı ilə əlaqədar müvafiq olaraq, 403,600 və 25,500 avro maliyyə vəsaiti ayrılıb.

Bu vəsait AFFA-nın vasitəsilə klubların büdcəsinə köçürülüb.

Qeyd edək ki, “Qarabağ”a avrokuboklarda, “Qəbələ”yə Gənclər Liqasındakı iştirakına görə maliyyə ayrılıb.

İdman.biz