Son dəqiqə

Azərbaycan Qarabağ Dövlət Miqrasiya Xidməti DMX Vüsal Hüseynov

Qarabağ ərazisində yaşayan erməni əsilli vətəndaşlarla bağlı ilkin qeydiyyat həyata keçirilir - Vüsal Hüseynov

Bakı. TurkicWorld:

Xankəndi və Qarabağ ərazisində yaşayan erməni əsilli vətəndaşlarla bağlı hələlik ilkin qeydiyyat həyata keçirilir.

TurkicWorld xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

“Bu haqda məlumatlar mərkəzləşmiş qaydada həyata keçirilir”,- deyə o əlavə edib.

Qeyd edək ki, reinteqrasiya prosesinə qoşulmaq məqsədilə ilkin qeydiyyata alınmaq üçün fiziki olaraq yerində 13 nəfər, bu məqsədlə yaradılmış xüsusi portal reintegration.gov.az vasitəsilə elektron qaydada 2 nəfər olmaqla, ümumilikdə 15 nəfər sakin könüllü şəkildə zəruri olan bütün məlumatları təqdim edərək Dövlət Miqrasiya Xidmətinə müraciət edib. Sakinlərin hər birinin ilkin qeydiyyata dair müraciətləri qəbul edilib və onlara müraciətlərinin icrası barədə əlavə məlumat veriləcəyi bildirilib.

Mövzuya görə xəbərlər