Bakı. TurkicWorld:
Türk Dünyası Meteorologiya Forumunun növbəti dəfə Özbəkistana keçiriləcək.
TurkicWorld xəbər verir ki, bu barədə Bakıda keçirilən Türk Dünyası II Meteorologiya Forumunda qərar qəbul edildi.
Qeyd edək ki, Bakıda Türk Dünyası II Meteorologiya Forumu keçirilir.
Forumda türkdilli ölkələrin ətraf mühit və iqlim dəyişmələri nazirləri, hidrometeorologiya xidmətlərinin rəbər şəxsləri, dövlət qurumlarının nümayəndələri və ekspertlər iştirak edir.
Forumun keçirilməsində məqsəd iqlim dəyişmələri sahəsində əlaqələndirilmiş fəaliyyətin aparılması, ekstremal hava şəraiti ilə bağlı erkən xəbərdarlıq sisteminin qurulması üzrə təcrübə mübadiləsinin genişləndirilməsidir.
Xatırladaq ki, 19 fevral 2021-ci il tarixində Türkiyənin Ankara şəhərində Türk Dünyası I Meteorologiya Forumu keçirilib.







