Bakı. TurkicWorld:
“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün növbəti avrokubok matçına çıxacaq.
İdman.biz xəbər verir ki, UEFA Gənclər Liqasında mübarizə aparan Famil Xəlilovun yetirmələri Çempionlar yolunun II mərhələsində ilk oyununu keçirəcək.
“Qəbələ” doğma meydanda “Olimpiakos”u qəbul edəcək.
UEFA Gənclər Liqası
Çempionlar yolu, II mərhələ
İlk oyun, 8 noyabr
16:00. “Qəbələ” (Azərbaycan) – “Olimpiakos” (Yunanıstan)
Baş hakim: Qoqa Kikaçeişvili
Qəbələ şəhər stadionu
Qeyd edək ki, komandalar arasında cavab oyunu noyabrın 29-da baş tutacaq.
İdman.biz


