Heydər Əliyev Fondunun Şuşada növbəti bərpa layihəsi

Heydər Əliyev Fondunun Şuşada növbəti bərpa layihəsi

Bakı. TurkicWorld:

XIX əsrin ortalarında Qarabağ memarlıq məktəbinə xas tərzdə inşa edilmiş, Şuşa şəhərinin Köçərli küçəsində yerləşən üç yaşayış binası işğal zamanı dağıdılaraq istifadəyə yararsız vəziyyətə salınmışdır.

Heydər Əliyev Fondu 2022-ci ilin may ayından etibarən həmin yaşayış binalarının təmir-bərpa işlərinə başlamışdır.

Fond tərəfindən bərpa edilən binalar bu gün “Yasəmən”otel kimi istifadəyə verilib.