Son dəqiqə

Azərbaycan Voleybol

Mövsümün açılış oyununa CEV, Türkiyə və Bolqarıstan voleybol federasiyalarının prezidentləri gələcək

Bakı. TurkicWorld:

Qadın voleybolçular arasında Azərbaycan çempionatının yeni mövsümünün açılış matçında “Azərreyl” “Abşeron”la üz-üzə gələcək.

İdman.biz xəbər verir ki, görüş noyabrın 6-da İdman Sarayında baş tutacaq.

Açılış mərasiminə bir sıra mötəbər qonaqların - Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Alessandra Boriçiç, Türkiyə Voleybol Federasiyasının rəhbəri Mehmət Akif Üstundağ, Bolqarıstan Voleybol Federasiyasının prezidenti Lyubomir Qanevin gələcəyi gözlənilir.

Qeyd edək ki, bu mövsüm qadınlar arasında Azərbaycan Yüksək Liqasında 6 komanda - “Murov Az Terminal”, “Abşeron”, Milli Aviasiya Akademiyası, “Gəncə”, “Azərreyl” və UNEC oynayacaq.

Mövzuya görə xəbərlər