Stolüstü tennisçilərimiz Riqada beynəlxalq turnirdə iştirak edəcək

Stolüstü tennisçilərimiz Riqada beynəlxalq turnirdə iştirak edəcək

Bakı. TurkicWorld:

Stolüstü tennisçilərimiz daha bir beynəlxalq yarışa qatılacaqlar.

İdman.biz xəbər verir ki, oktyabrın 27-də Latviyanın paytaxtı Riqada keçiriləcək “Riga City Council's Youth Cup” turnirində 11 idmançı bacarığını göstərəcək.

Komandanın məşqçiləri Fərhad İsmayılov, Ramil Cəfərov və Zakir Cavadovun rəhbərliyi ilə qızlardan Arzu Aslanova, Aylin Əsgərova, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Banu Baytallı, Xədicə Eylazova, oğlanlardan isə Hüseyn Eylazov, Rüstəm Hacılı, Tunar Bağırov, Şakir Qədirov və Adil Əhmədzadə qələbə uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, beynəlxalq turnirə oktyabrın 29-da yekun vurulacaq.