Son dəqiqə

Azərbaycan Sloveniya Xarı bülbül Şuşa

“Xarı Bülbül Şuşa” “Spartak”la cavab oyununu keçirəcək

Bakı. TurkicWorld:

Kişi voleybolçulardan ibarət “Xarı Bülbül Şuşa” bu gün Çağırış kubokunda ikinci oyununa çıxacaq.

İdman.biz xəbər verir ki, Ziya Rəcəbovun komandası 1/32 final mərhələsinin cavab oyununda Slovakiya “Spartak”ı ilə üz-üzə gələcək.

Bir gün öncə Mijava təmsilçisini 3:0 hesabı ilə məğlub edən “Xarı Bülbül Şuşa” üstünlüyünü qorumağa çalışacaq. Rəqibin nominal ev sahibi olduğu qarşılaşma Voleybol Mərkəzində keçiriləcək.

Çelenc Kuboku
1/32 final, cavab oyunu
26 oktyabr
18:00. “Spartak” (Slovakiya) - “Xarı Bülbül Şuşa” (Azərbaycan)

Bakı. Voleybol Mərkəzi
İlk oyun – 0:3

Mövzuya görə xəbərlər