Son dəqiqə

Azərbaycan Voleybol Xarı bülbül Şuşa

“Xarı bülbül Şuşa” debüt görüşünə çıxır

Bakı. TurkicWorld:

Azərbaycanın kişi voleybolçulardan ibarət “Xarı bülbül Şuşa” klubu bu gün avrokuboklarda debüt edəcək.

İdman.biz xəbər verir ki, komandamız Çağırış kubokunun 1/32 final mərhələsində Slovakiya “Spartak”ını qəbul edəcək.

Miyava təmsilçisi ilə görüş Voleybol Mərkəzində keçiriləcək. Şuşa klubunun ilk görüşdə qalib gələcəyi gözlənilir.

Çağırış kuboku
1/32 final mərhələsi, ilk oyun

25 oktyabr
18:00. “Xarı bülbül Şuşa” - “Spartak” (Slovakiya)
Hakimlər:
Tuncay Kandemir (Türkiyə), Corc Zelenoviç (Serbiya)
Bakı. Voleybol Mərkəzi

Qeyd edək ki, komandalar arasında razılığa əsasən ikinci görüş də Bakıda keçiriləcək. Oktyabrın 26-da rəqib nominal ev sahibi olacaq.

Mövzuya görə xəbərlər