Bizim hədəfimiz İçərişəhər memarlıq üslubunun qorunmasıdır - Şahin Seyidzadə

Bizim hədəfimiz İçərişəhər memarlıq üslubunun qorunmasıdır - Şahin Seyidzadə

Bakı. TurkicWorld:

Ölkə başçısının xüsusi qayğısı nəticəsində bu gün İçərişəhər göz oxşayır. Bu gün Türk Dövlətləri ilə birgə toplaşmağımızın səbəbi dayanıqlı, mədəni irsin qorunması sahəsində müzakirələr aparmaqdır.

TurkicWorld xəbər verir ki, bu fikirləri "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Türk Dövlətləri Təşkilatı ilə birlikdə təşkil edəcəyi "Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri" ("Livable and Sustainable Heritage Cities") mövzusunda beynəlxalq konfransda çıxış edən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə deyib.

Onun sözlərinə görə, coğrafiyasında asılı olmayaraq abidələrin, irsin korlanması məsələsinə xüsusi diqqət ayrılır

"Bu istiqamətdə çağırışların qarşısını almaq, mədəni irsin gələcəyə ötürülməsinə və yeni metodlara ehtiyac var. UNESCO-nun mədəni irs siyahısına ilk daxil edilən İçərişəhər Qoruğu bu istiqamətdə bütün qurumlarla əməkdaşlığa hazırdır. İçərişəhərdə yerli və xarici abidələrin qorunması həyata keçirirlir. Çalışırıq ki tarixin qorunması orijinallığı qorunsun."

Sədr bildirib ki, tarixi şəhər mühitinin qorunması 2007-ci ildən bugünə qədər qəbul edilən baş plana uyğun həyata keçirilir.

"Bizim hədəfimiz İçərişəhər memarlıq üslubunun qorunmasıdır. Bərpa və restavrasiya sahəsində tərəfdaşlarla birlikdə gənc bərpaçıların biliklərinin artırılmasıdır.

İkinci hədəf incəsənətə önəm verərək gənclərin taxta, İpək üzərində əl işlərinin hazırlanmasıdır. Qurama ənənəsinin təbliğinə geniş yer ayrılmışdır. Biz türk dövlətlərinə bu istiqamətdə də bizimlə birgə əməkdaşlıq etməyə çağırırıq",-deyə o qeyd edib.

İçərişəhərdə 1300 dən çox ailə yaşayır. Bu özü də o tarixin qorunması deməkdir.

O bildirib ki, İçərişəhərdə çoxsaylı mədəniyyət tədbirləri həyata keçirilrir

"Bu mədəni irsin daha çox insana çatdırılmasına kömək edir. Eyni zamanda da tarixi abidələrin, tarixinin, qorunma metodikasını digər qurumlarla birgə müzakirə edilərək daha da təkmilləşməsinə xidmət edir", -deyə sədr vurğulayıb.