Son dəqiqə

Daxili İşlər Nazirliyi

"Qarabağın" futbolçusu Elvin Cəfərquliyevin saxlanılması məlumatları yanlışdır - DİN

Bakı. TurkicWorld:

Daxili İşlər Nazirliyi futbolçu Elvin Cəfərquliyevin saxlanılması barədə məlumatları təkzib edib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov TurkicWorld-a bildirib ki, futbolçu Elvin Cəfərquliyevin “Neftçi” - “Qarabağ” oyunundan sonra saxlanılması barədə yayılan məlumatlar yanlışdır.

Qarşılaşmadan sonra E.Cəfərquliyev çantasının oğurlanması barədə stadionda olan polis əməkdaşlarına məlumat verib. Futbolçunun çantasını oğurlayan stadiona azərkeş qismində gələn şəxs polislər tərəfindən müəyyən edilərək saxlanılıb və çanta sahibinə qaytarılıb. Daha sonra E.Cəfərquliyev zərərçəkən şəxs kimi izahatının alınması üçün Polis Şöbəsinə dəvət edilib. Araşdırmalar davam etdirilir.

Mövzuya görə xəbərlər