Dünya çempionatı: Azərbaycan Hindistana qarşı

Dünya çempionatı: Azərbaycan Hindistana qarşı

Bakı. TurkicWorld:

Portuqaliyanın Odivelas şəhərində keçirilən gənclər arasında dünya çempionatına bu gün yekun vurulacaq.

İdman.biz xəbər verir ki, mundailən sonuncu günündə komanda yarışları təşkil olunacaq.

15 ölkənin medallar uğrunda mübarizə aparacağı dünya çempionatında Azərbaycan 11 idmançı ilə qüvvəsini sınayacaq.

Cüdoçularımızın ilk rəqibləri Hindistan yığması olacaq.

Oğlanlar arasında Süleyman Əliyev, Vüsal Qələndərzadə (hər ikisi 73 kq), Vüqar Talıbov, İsmayıl Zamanov (hər ikisi 90 kq), Ramazan Əhmədov, Kənan Nəsibov (hər ikisi +90 kq), qızlarda isə Aydan Vəliyeva, Fidan Əlizadə (hər ikisi 57 kq), Pərvanə Abdullayeva (70 kq), Nigar Süleymanova və Nərmin Əmirli (hər ikisi +70 kq) güclərini yoxlayacaqlar.

İlkin görüşlər saat 14:30-da başlayacaq.

Qeyd edək ki, yığmamız fərdi yarışlarda 1 qızıl və 2 gümüş medal qazanıb.