Avropa Liqası: "Qarabağ" "Hakken"ə qarşı

Avropa Liqası: "Qarabağ" "Hakken"ə qarşı

Bakı. TurkicWorld:

"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

İdman.biz xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda İsveçdə "Hakken"in qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü avstriyalı FIFA referisi Sebastian Qishamer idarə edəcək.

H qrupunun digər matçında Almaniyanın "Bayer 04" kollektivi Norveçdə "Molde"nin qonağı olacaq. İlk turda Bundesliqa təmsilçisi "Hakken"i 4 cavabsız qolla üstələyib. Azərbaycan çempionu isə evdə norveçlilərə qalib gəlib - 1:0.

UEFA Avropa Liqası, qrup mərhələsi

II tur

Ətraflı
Ad - 00:25
H qrupu

23:00. "Hakken" (İsveç) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Sebastian Qishamer (Avstriya).

Höteborq. “Ullevi” stadionu.