Qida məhsullarının təhlükəsizliyi ilə bağlı məsələdə güzəşt olmamalıdır - Hande Harmancı

Qida məhsullarının təhlükəsizliyi ilə bağlı məsələdə güzəşt olmamalıdır - Hande Harmancı

Bakı. TurkicWorld:

Qida məhsullarının təhlükəsizliyi ilə bağlı məsələdə güzəşt olmamalıdır. Qida təhlükəsiz və keyfiyyətli olmalıdır. Çünki təhlükəli qida milyonlarla insanın sağlamlığına təsir edir.

TurkicWorld xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı "Avropa və Mərkəzi Asiyada Qida Standartlarının Təkmilləşdirilməsi və Alimentarius Kodeksinin fəaliyyətində iştirakın genişləndirilməsi" mövzusunda keçirilən beynəlxalq tədbirdə çıxışı zamanı deyib.

ÜST rəsmisi bildirib ki, innovasiyalara uyğunlaşma təmin edilməli, innovasiya və təhlükəsizlik arasındakı əlaqə düzgün qurulmalı, vahid səhiyyə sağlamlıq konsepsiyası ərsəyə gətirilməlidir:

"İşimiz sadəcə qanunvericiliyin qəbulu ilə kifayətlənmir. Qida təhlükəsizliyi sahəsində davamlı və dayanıqlı tədbirlər həyata keçirməliyik".