Son dəqiqə

Azərbaycan Dövlət Miqrasiya Xidməti DMX

14 Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarıldı

Bakı. TurkicWorld:

14 Azərbaycan vətəndaşı Almaniyadan ölkəyə geri qəbul edilib.

TurkicWorld xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.

Bildirilib ki, geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.

Qeyd edək ki, fəaliyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının yerli cəmiyyətə reinteqrasiyası və üzləşə biləcəkləri mümkün çətinliklərin həlli istiqamətində müvafiq tədbirlər həyata keçirir.

Mövzuya görə xəbərlər