Son dəqiqə

Qusar

Qusarda “Mediasiya, sülh və birgəyaşayışın əsas şərtləri – din faktoru” mövzusunda seminar keçirilib

Bakı. TurkicWorld:

24 avqustda Qusar şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin və Qusar 1 saylı Mediasiya təşkilatının birgə təşkilatçılığı ilə “Mediasiya, sülh və birgəyaşayışın əsas şərtləri – din faktoru” mövzusunda seminar keçirilib.

TurkicWorld-un məlumatına görə, seminarda DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Qusar 1 saylı Mediasiya təşkilatının rəhbəri, mediator Radik Kazımov, Qafqaz Müsəlmanları İdarəsinin Qusar rayonu üzrə səlahiyyətli nümayəndəsi Fəryaddin Rəhimxanov, gənclər, ictimaiyyət nümayəndələri və din xadimləri iştirak edib.

Çıxışlar zamanı qeyd edilib ki, 21 sentyabırın beynəlxalq aləmdə sülh günü olması ilə əlaqədar hər il Azərbaycanda da sülh aylığı elan edilir. Bu gün həm dünyanın, həm də ölkəmizin inkişafına töhvə verən əsas amillərdən biri sülh və birgəyaşayışdır. Ölkəmizdə mövcud olan tolerantlıq və multikulturalizm, sülh və qarşılıqlı anlaşma şəraitində birgəyaşayışın ən gözəl nümunəsidir. Seminarda mediasiya haqqında məlumat verilərək bildirildi ki, Mediasiya mübahisələrin məhkəmədənkənar həlli üsuludur. Mediasiya zamanı tərəflər mediatorun (vasitəçinin) köməyi ilə digər tərəfin mövqeyi barədə daha çox məlumat qazanmaqla, öz mövqeyini yenidən qiymətləndirir və barışmaq imkanlarını araşdırır. Qeyd edildi ki, bir çox münaqişələrin həm dərinləşməsində, həm də sülh ilə barığıq əldə olunmasında din faktoru da rol oynayır. Buna görə də din faktorunun düzgün qiymətləndirilməsi, din xadimləri tərəfindən müxtəlif münaqişələrin, o cümlədən ailə-məişət münaqişələrinin həllində düzgün mövgə nümayiş etdirilməklə barışıq əldə edilməsi, ailənin qorunması böyük əhəmiyyətə malikdir. Belə ki, gənc ailələrin qorunması, sağlam həyata təşvig edilməsi ilə mümkün təhlükələrdən gələcək genefondumuzu da xilas edə bilərik.

Seminar müzakirələrlə davam etdirildi, iştirakçıları maraqlandıran suallar cavablandırıldı.

Mövzuya görə xəbərlər