Talış kəndində 30 ildən sonra ilk qurban kəsilib

Talış kəndində 30 ildən sonra ilk qurban kəsilib

Bakı. TurkicWorld:

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə xidmətinin və Qida Təhlükəsizliyi Agentliyinin təşkilatçılığı Tərtər rayonunun Talış kəndində 30 il sonra ilk dəfə qurban kəsilib.

TurkicWorld-un məlumatına görə, kənddə bir ədəd iribuynuzlu heyvan kəsilərək məskunlaşan 20 ailə verilib. AQTA tərəfindən baytarlıq sanitariya normalarına əməl edilməsi məqsədilə qurbanlıq heyvanın kəsimi zamanı baytarlıq-sanitariya norma qaydalarına nəzarət edilib. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən kənddə qurulan çadırda tam təchiz edilmiş mobil biotəhlükəsizlik laboratoriyaları fəaliyyət göstərir. Həmin laboratoriyalar seroloji, mikroskopik, orqanoleptik, fiziki-kimyəvi və molekulyar-bioloji müayinələrin aparılması üçün nəzərdə tutulub.

Talış sakinləri bu əziz gündə kəsilən qurbanların Allah tərəfindən qəbul edilməsini, Qurban bayramının xalqımız üçün xeyirli-uğurlu olmasını diləyib, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.