Son dəqiqə

Azərbaycan Türkiyə Şahin Çatma Azərbaycan Voleybol Federasiyası

Doğru idmançılarla, doğru zamanda yüksək zirvəyə çatmağı hədəfləyirəm - Milli komandanın baş məşqçisi

Bakı. TurkicWorld:

Doğru idmançılarla doğru zamanda yüksək zirvəyə çatmağı hədəfləyirəm.

TurkicWorld-un məlumatına görə, bu sözləri Azərbaycan Voleybol Federasiyasının Qadınlardan ibarət Milli Komandasının baş məşqçisi vəzifəsinə təyin edilən Şahin Çatma deyib.

Azərbaycan Voleybol Federasiyasının Qadınlardan ibarət Milli Komandasının baş məşqçisi vəzifəsinə təyin edilən Şahin Çatma, Türkiyədə fəaliyyət göstərdiyi müddətdə əldə etdiyi təcrübələri dost və qardaş ölkənin voleybolunda tətbiq edərək fərq yaratmağı və böyük uğurlar qazanmağı hədəfləyir.

İyunun 8-də Bakıda beşillik müqavilə imzalayan Eskişəhərli, 63 yaşlı təcrübəli məşqçi, iyulun 23-29 arası tarixlərində Sloveniyanın Maribor şəhərində keçirilən Avropa Gənclər Olimpiya Yay Festivalında (EYOF) Türkiyənin 17 yaşadək qızlardan ibarət milli komandasına rəhbərlik edəcək. Şahin Çatma, avqust ayından Azərbaycanda fəaliyyətə başlayacaq.

Şahin Çatma, Qalatasaray futbol klubunda Azərbaycan Qadın Voleybol Komandasının keçmiş baş məşqçisi Ataman Güneyligillə birlikdə çalışdıqlarını bildirib.

“Komandanı artıq tanıyıram və təklifi məmnuniyyətlə qəbul etdim. Uzun illər davam edəcək əməkdaşlıq üçün müqavilə bağladıq”, - deyə o əlavə edib.

Baç məşqçi onu da qeyd edib ki, Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, voleybol sahəsinə xüsusi diqqət göstərir və onu Azərbaycanda eyni dilin danışıldığı bir mühit gözləyir.

Şahin Çatma bildirib ki, türkiyəli məşqçilər əvvəllər Azərbaycanda klub və milli komandalar səviyyəsində çalışıblar.

"Məndən əvvəl federasiyada fəaliyyət göstərən kolleqalarım, komandaya öz müsbət töhfələrini veriblər, amma mən dəyişikliklər etməyi hədəfləyirəm. Prosesləri düzgün idarə etməklə, doğru idmançılarla doğru zamanda yüksək zirvəyə çatmağı hədəfləyirəm",- deyə Baş məşqçi bildirib.

Mövzuya görə xəbərlər