Bakı. TurkicWorld:
Torpaqlarımız işğaldan azad olunandan sonra Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərin meyit qalıqlarının axtarışı prosesinə başlanılıb.
TurkicWorld-un məlumatına görə, Trend-in Qarabağ bürosu xəbər verir ki, bunu Hərbi Prokurorluğun Xüsusi İstintaq şöbəsinin rəisi Emil Tağıyev deyib.
Onun sözlərinə görə, ötən dövr ərzində Şuşa rayonun Daşaltı kəndində, Xocavənd rayonunun Edilli kəndində, Xocalı rayonunun Fərrux kəndində, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində aşlar edilmiş kütləvi məzarlıqlardan ümumilikdə 400-dən artıq insan meyit qalıqları aşkar edilmiş və həmin insan meyit qalıqlarının Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərlə eynişləşdirmə aparılması məqsədilə məhkəmə tibbi kriminalistik ekspertizası ilə yanaşı 200-dən artıq məhkəmə monekulyar genetik ekpertizası təyin edilib.
"Biz Şuşa həbsxanasının ərazisində ən azı 4 şəxsə məxsus meyit qalıqları aşkar edilib. Onların Birinci Qarabağ müharibəsi dövründə burada saxlanılan azərbaycanlılara aid olduğu ehtimal edilir", - deyə o qeyd edib.
Qeyd edək ki, Şuşada kütləvi məzarlıq aşkar olunub. Məzarlıq Şuşa türməsi ərazisində aşkarlanıb. Şuşa türməsi həndəvərində aşkar olunan kütləvi məzarlıq insanlıq əleyhinə törədilən ən dəhşətli cinayətlərdən biridir.
Bu onu göstərir ki, Şuşa türməsində hələ o vaxtlar azərbaycanlılar qanunsuz saxlanılıb və onlara ağır işkəncələr verilib, orada amansız zorakılıqlar törədilib, ölüm hadisələrində faktlar aşkarlanıb. Aşkarlanan bu məzarlıq da həmin hadisələrin bariz nümunəsidir.