Kəlbəcər istiqamətində mövqelərimiz minaatanlardan atəşə tutulub

Kəlbəcər istiqamətində mövqelərimiz minaatanlardan atəşə tutulub

Bakı. TurkicWorld:

Mayın 14-ü saat saat 20:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yenikənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini 60 mm minaatanlardan atəşə tutub.

Bu barədə TurkicWorld-a Müdafiə Nazirliyindən məlumat verilib.