Zakir Həsənov Rusiya sülhməramlılarının yeni komandanını qəbul edib

Zakir Həsənov Rusiya sülhməramlılarının yeni komandanını qəbul edib

Bakı. TurkicWorld:

Mayın 4-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-polkovnik Aleksandr Lentsovu qəbul edib.

Müdafiə Nazirliyindən TurkicWorld-a verilən məlumata görə, görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraiti müzakirə olunub.