Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib

Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib

Bakı. TurkicWorld:

Əlahiddə Ümumqoşun Orduda "Ən yaxşı snayper" adı uğrunda yarış keçirilib.

Müdafiə Nazirliyindən TurkicWorld-a verilən məlumata görə, yarışda əvvəlcə snayperlərə sıra baxışı keçirilib və təchizatları yoxlanılıb.

Şəxsi heyətə yüksək dözümlülük, təmkinlik, fiziki hazırlıq kimi xüsusiyyətlərin aşılanması və sərrast atıcılıq qabiliyyətinə malik hərbi qulluqçuların müəyyən edilməsi məqsədilə keçirilən yarışda snayperlərin maneələri dəf edərək müxtəlif məsafələrdə yerləşən hədəfləri məhvetmə bacarıqları yoxlanılıb.

6 mərhələdə keçirilən yarışda müxtəlif vəziyyətlərdə atəşaçma üzrə normativlər icra edilib.

Sonda verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirən snayperlər müəyyən edilib və mükafatlandırılıblar.