Slovakiya Ukraynadan taxıl idxalını dayandırıb

Slovakiya Ukraynadan taxıl idxalını dayandırıb

Bakı. TurkicWorld:

Slovakiya Ukrayna taxılında aparılan analizlər nəticəsində “pestisidlərin” aşkar edildiyini əsas gətirərək, Ukraynadan taxıl və digər ərzaq məhsullarının idxalını dayandırıb.

TurkicWorld-un məlumatına görə, bu haqda Slovakiyanın Kənd Təsərrüfatı Nazirliyinin bəyanatında bildirib.

"Saxlanılan Ukrayna taxılının və ununun emalı və bazara çıxarılması qəti qadağandır" – deyə Nazirliyin bəyanatında qeyd olunub.

Yoxlanılan nümunədə Avropa İttifaqında icazə verilməyən və insan sağlamlığına mənfi təsir göstərən pestisidin olması təsdiqlənib.

Nazirliyin tabeliyində olan digər qurumlarla birlikdə Ukraynadan Slovakiyaya gətirilmiş bütün taxıl və un nümunələrinin toplanmasını təmin edəcək.

Məlumat üçün qeyd edək ki, Polşa və Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi də Ukraynadan taxıl idxalını dayandırdıqlarını açıqlayıb.

Twitter: @rufizoglu