Partiyamız Azərbaycan və Türkiyə arasında “bir millət iki dövlət” prinsipi ilə münasibətləri inkişaf etdirməyin tərəfdarıdır – Vəfa Aktuz

Partiyamız Azərbaycan və Türkiyə arasında “bir millət iki dövlət” prinsipi ilə münasibətləri inkişaf etdirməyin tərəfdarıdır – Vəfa Aktuz

Bakı, TurkicWorld:

Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) Azərbaycanın Ümumilli Lideri Heydər Əliyevin “bir millət iki dövlət” prinsipi ilə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi siyasəti Yenidən Rifah partiyası tərəfindən dəstəklənir, bu sözləri AzerPress-ə özəl açıqlamasında Yenidən Rifah Partiyası millət vəkili namizədi və Türkiyədə yaşayan azərbaycanlı Vəfa Aktuz bildirib.

“Necmettin Erbakan tərəfindən əsası qoyulan Milli Görüş ideologiyası əsasında fəaliyyət göstərən Yeniden Refah Partiyası Türkiyənin tarixi gücünə arxalanaraq və öz dəyərlərini qoruyub saxlayaraq daxili, milli, iqtisadi gücü ilə inkişaf edə biləcəyini müdafiə edən bir partiyadır. Bundan əlavə, son zamanlar şahidi olduğumuz kimi, dövlətimizin qabaqcıl milli texnologiyanı mənimsəməsi partiyamızın dəstəklədiyi ən böyük və əvəzolunmaz xüsusiyyətdir. Pilotsuz Uçuş Aparatları, silahlı dronlar, hərbi gəmilər, milli helikopter, milli kosmos texnologiyaları ilə bağlı onlarla layihələr həyata keçirən dövlətimizə partiya olaraq dəstək olmaq bizim ən böyük məqsədimizdir. ”, - deyə V.Aktuz vurğulayıb.

O, həmçinin bildirib ki, , Türkiyənin son 20 ildə əldə etdiyi nailiyyətlərin 80-90 faizi Milli Görüş ideologiyasının qurucusu Necmettin Erbakanın plan və layihələridir.

“Bugünkü Türkiyə dövləti N.Erbakanın əsasını qoyduğu “Milli Görüş” ideologiyası ilə sürətlə inkişaf edir. İnşallah seçkilərdə qalib gəldiyimiz zaman öz Milli Pilotsuz Təyyarəmiz olan KIZILELMA, Milli Döyüş Təyyarəsi ilə Milli Müdafiə Sənayemizi daha yüksək səviyyəyə daşıyacağıq”, - deyə millət vəkili namizədi qeyd edib.

Onun sözlərinə görə, müdafiə sənayesi və texnologiyaları sahəsində görülən işlərin nə dərəcədə əhəmiyyət kəsb etməsi Azərbaycanın Qarabağ qələbəsində bir daha özünü göstərdi.

“Bununla belə, PUA-lar, KIZILELMA, TCG Anadolu, TB2, TB3, Milli tank kimi müdafiə sənayesi məhsullarının təkcə Türkiyədə deyil, doğma Azərbaycanda da istehsalı və inkişafı üçün göstərilən bütün səylər Yenidən Rifah Partiyası tərəfindən dəstəklənir. Odur ki, Yeniden Rifah Partiyası olaraq, Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın bu sahələrdə göstərdiyi bütün səyləri və əlbəttə ki, doğma Azərbaycanla yüksək səviyyədə münasibətlərin qurulmasını yüksək qiymətləndirir, həmçinin, onun yenidən dövlətimizin başçısı seçilməsi üçün hər cür dəstəyi göstərəcəyik”, - deyə millət vəkili namizədi qeyd edib.