Azərbaycanın çayları çirkləndirilir, bunun dayandırılması üçün beynəlxalq ictimaiyyət Ermənistana təzyiq göstərməlidir - Muxtar Babayev

Azərbaycanın çayları çirkləndirilir, bunun dayandırılması üçün beynəlxalq ictimaiyyət Ermənistana təzyiq göstərməlidir - Muxtar Babayev

Əfsuslar olsun ki, Azərbaycanın trans-sərhəd çayları Ermənistan tərəfindən çirklənməyə məruz qalıb.

Turkic.World-un məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Karabakh.Center” internet resursunun təqdimat mərasimi zamanı deyib.

Nazir bildirib ki, Ermənistanın bu cinayətinin dayandırılması üçün beynəlxalq ictimaiyyət Ermənistana təzyiq göstərilməlidir.

M.Babayev vurğulayıb ki, işaldan azad edilmiş ərazilərimizdə zəngin su ehtiyatları var: “Azərbaycanın mineral su ehtiyatlarının 40 faizə qədəri işğaldan azad edilən ərazilərdə yerləşir. Bu ərazilərdə su mənbələrinin səmərəli istifadəsi üçün müşahidələr bərpa ediləcək”.

M.Babayev əlavə edib ki, ermənilər işğal dövründə meşə fonduna ciddi ziyan vurub: “Həmin ərazilərdə minlərlə hektar sahədə meşə ərazisinin bəpa edilməsi, milyonlarla ağacın əkilməsi nəzərdə tutulur”.