Azərbaycanda COP29-un keçirilməsinə hazırlıq prosesi gedir və bütün müvafiq qurumlar səfərbər olunub - Muxtar Babayev

Azərbaycanda COP29-un keçirilməsinə hazırlıq prosesi gedir və bütün müvafiq qurumlar səfərbər olunub - Muxtar Babayev

Bakı. TurkicWorld:

Azərbaycanda COP29-un keçirilməsinə hazırlıq prosesi gedir, bütün lazımi tədbirlər görülür və bütün müvafiq qurumlar səfərbər olunub.

TurkicWorld-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "Ana harayı" abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, tədbirlə bağlı minlərlə bağlı qonağın Azərbaycana gəlməsi nəzərdə tutulur.

Qeyd edək ki, bu gün Xocalı soyqırımından 32 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.