Azad edilmiş ərazilərdə qiymətləndirmə işləri aparılır, təbiətə vurulan ziyan qiymətləndirilir - Nazir

Azad edilmiş ərazilərdə qiymətləndirmə işləri aparılır, təbiətə vurulan ziyan qiymətləndirilir - Nazir

Bakı. TurkicWorld:

İşğaldan azad edilmiş ərazilərdə qiymətləndirmə işləri aparılır, təbiətə vurulan ziyan qiymətləndirilir.

TurkicWorld-ün məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "Ana harayı" abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bundan sonra bərpa işləri başlanılacaq.

"Müvafiq qaydada planlar təqdim olunacaq və işlər planlar üzərində həyata keçiriləcək. Ekologiya və Təbii Sərvltlər Nazirliyi azad edilmiş ərazilərdə geniş miqyaslı işlər həyata keçirir. Müxtəlif su layihələri, müvafiq hidroloji, radioloji stansiyaların quraşdırılması, meşə-bərpa işləri, giodeziya və xəritəçəkmə işləri və s. istiqamətdə lazımi işlər görülür", - deyə o, əlavə edib.

Qeyd edək ki, bu gün Xocalı soyqırımından 32 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.