Balaxanı Sənaye Parkının məhsulları bir sıra ölkələrə ixrac olunur - Muxtar Babayev

Balaxanı Sənaye Parkının məhsulları bir sıra ölkələrə ixrac olunur - Muxtar Babayev

Bakı. TurkicWorld:

Balaxanı Sənaye Parkında tullantılardan xammal kimi istifadə edilməklə istehsal olunan məhsullar bir sıra ölkələrə ixrac olunur.

TurkicWorld-ün məlumatına görə, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri vəzifəsini icra edən, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının prezidenti Muxtar Babayev "Vergi sistem yeni inkişaf dövründə: dayanıqlı iqtisadiyyat üçün strateji hədəflər" mövzusunda Bakıda keçirilən konfransda bildirib.

"Təkrar emal anlayışı müasir iqtisadiyyatda mühüm yer tutur. Biz resurs səmərəliliyi və dairəvi iqtisadiyyat siyasəti vasitəsilə təkrar emalı təcrübələrini gücləndirməklə təbii ehtiyatların qorunmasına və davamlı istifadəsinə nail olmalıyıq. Tullantıların təkrar emalı müəssisəsi qurmaq, innovativ texnologiyalardan istifadə etməklə ekoloji təmiz istehsalla məşğul olmaq istəyənlərə Balaxanı Sənaye Parkında əlverişli şərait yaradılıb. Hazırda sənaye parkında 25 rezident qeydiyyatdadır və burada tullantılardan xammal kimi istifadə edilməklə istehsal olunan məhsullar bir sıra ölkələrə ixrac olunur", - COP29-un prezidenti qeyd edib.