Qanunsuz erməni silahlılarının Yuxarı Veysəllidə səngər qazması işləri dayandırılıb - MN

Qanunsuz erməni silahlılarının Yuxarı Veysəllidə səngər qazması işləri dayandırılıb - MN

Bakı. TurkicWorld:

Martın 25-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri Füzuli rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstərib.

TurkicWorld-un məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.

Qeyd edilir ki, bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.