Azərbaycanla əlaqələrimiz bundan sonra da bir çox ölkələrə nümunə olacaq səviyyədə inkişaf edəcək - Türkiyəli Nazir

Azərbaycanla əlaqələrimiz bundan sonra da bir çox ölkələrə nümunə olacaq səviyyədə inkişaf edəcək - Türkiyəli Nazir

Bakı. TurkicWorld:

Azərbaycanla bundan sonra da əlaqələrimiz bir çox ölkələrə nümunə olacaq səviyyədə inkişaf edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi özünün "Twitter" hesabında yazıb.

"Azərbaycanın Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev və nümyəndə heyəti ilə Türk Evində bir araya gəldik.

Ortağ dil, mədəniyyət və tarixdən güc alan qardaşlığımıza əsaslanan əlaqələrimiz bundan sonra da hər sahədə bir çox ölkələrə nümunə olacaq səviyyədə inkişaf edəcək", - deyə V.Kirişiçi bildirib.