...

Prezident İlham Əliyev Ermənistanın 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün şərti açıqlayıb

Siyasət Digər xəbərlər 18 Mart 2023 15:06
Trend Hafiz Rufizoğlu
Prezident İlham Əliyev Ermənistanın 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün şərti açıqlayıb

Bakı. Trend:

Bu gün "Qarabağ Ermənistandır və nöqtə" deyən, bizi yeni müharibə ilə hədələyən Ermənistan indi özü üçün yeni ağa axtarışındadır. Bunun heç bir xeyri olmayacaq.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində xalqa müraciətində bildirib.

"Ermənistanın 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün bir şərt var – bizim şərtlərimizi qəbul etməlidir, rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır, bizimlə sülh müqaviləsi imzalamalıdır, bizim şərtlərə əsasən, delimitasiya işlərini aparmalıdır", - deyən dövlətimizin başçısı qeyd edib ki, ancaq o təqdirdə onlar 29 min kvadratkilometr ərazidə, - hansı ki, indi onlar ancaq bunu istəyirlər, - rahat yaşaya bilərlər.

Məqalədə:
Xəbərlər

Xəbər lenti