Qlobal Bakı Forumu Davos Forumunun analoqu oldu - Bosniya və Herseqovinanın keçmiş naziri

Qlobal Bakı Forumu Davos Forumunun analoqu oldu - Bosniya və Herseqovinanın keçmiş naziri

Bakı. TurkicWorld:

Qlobal Bakı Forumu böyük inkişaf yolu keçərək qlobal geosiyasətə həsr edilmiş mərkəzi platformaya çevrilib. Bu gün forum Davos Forumunun analoqu oldu.

Bu barədə TurkicWorld-a Bosniya və Herseqovinanın keçmiş xarici işlər naziri Zlatko Laqumciya X Qlobal Bakı Forumunun kuluarlarında deyib.

Laqumciya bugünkü forumun yeni dünyanın formalaşmaqda olduğu kritik əhəmiyyətli bir vaxtda keçdiyini bildirib. Agentliyin müsahibinin fikrincə, geosiyasi dəyişikliklər bu gün dünyada uzun zamandır nəzərə çarpmayan böyük həcmdə qorxu və qarşıdurma mövcuddur.

Keçmiş nazir, həmçinin, Bakı şəhərində keçirilən forumun qlobal liderlərin dialoq keçirmələrinə və yeni dünyanın formalaşması məqsədilə fikir mübadiləsi aparmalarına imkan verdiyini qeyd edib. O, arzu edən hər kəsin izləyə biləcəyi diskussiyalarla yanaşı, ən kəskin məsələlər üzrə dinamik diskussiyaların aparıldığı "səhnə arxasında" da dinamik işlərin görüldüyünü əlavə edib.

Onun fikrincə, Qlobal Bakı Forumu çərçivəsində müzakirə olunan ən mühüm məsələlərdən biri ətraf mühitin mühafizəsidir.

Laqumciya sonda Azərbaycan Prezidenti İlham Əliyevin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə (NGBM) göstərdiyi böyük dəstək sayəsində mərkəzin kəskin siyasi məsələlər üzrə diskussiyaların təşviqinə yönəlmiş müstəqil beynəlxalq təşkilata çevrilə biləcəyini qeyd edib.

Martın 11-dək davam edəcək Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirəcəklər.