BMT Baş Assambleyası Azərbaycan Prezidenti və Ermənistan Baş naziri arasında görüşlərin yenidən bərpası və onlar arasında keçirilən Münxen görüşü və bunun ardınca iki ölkənin XİN rəhbərlərinin görüşünü təqdir edir.
TurkicWorld xəbər verir ki, bu barədə BMT Baş Assambleyasının 78-ci prezidenti Dennis Francis XI Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.
“Sülh və təhlükəsizliyin əldə olunması və bərpası istiqamətində daha çox addımların atılacağını, proqresə nail olunacağına inanırıq və gözləyirik.
BMT Baş Assambleyası beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində iki ölkə arasında sülh sazişinin imzalanacağına ümid edir”,- deyə o qeyd edib.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir.
Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də keçmiş və hazırki dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.