Kılıçdaroğlu CHP sədrliyi vəzifəsindən gedir

Kılıçdaroğlu CHP sədrliyi vəzifəsindən gedir

Bakı, TurkicWorld:

Türkiyənin müxalifətdə olan Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu vəzifəsindən istefa edəcəyini bildirib.
TurkicWorld AzerPress-ə istinadən məlumat verir ki, Kılıçdaroğlu CHP-nin Türkiyə Böyük Millət Məclisi (TBMM) qrup görüşündə vida nitqi ilə çıxış edib.

“Bu gün qrup kürsümüzlə vidalaşmaq üçün burdayam. Bütün təcrübələrimizi geridə qoyub sizinlə vidalaşmaq asan deyil”, - deyə o bildirib.

Qeyd edək ki Kamal Kılıçdaroğlu bu ilin mart ayının 6-da Türkiyə müxalifətindən Prezident seçkilərinə namizəd seçilib.

Türkiyədə Prezident seçkiləri 14 may 2023-cü il tarixində keçiriləcək. Keçiriləcək prezident seçkilərinə Türkiyə prezidenti və AK Partiyanın rəhbəri Rəcəb Tayyib Ərdoğan, Eski Genç Partiyanın rəhbəri Cem Uzan, Vatan Partiyasının rəhbəri və 2018-ci il seçimlərində Vatan Partiyasının rəhbər namizədi Doğu Perinçek, Memleket Partiyasının rəhbəri və 2018-ci ildə Cumhuriyyet Xalq Partiyasının rəhbər namizədi Muharrem İnce, Eski Milliyetçi Hareket Partiyasının millət vəkili Sinan Oğan, həkim və siyasətçi Serdar Savaş namizədliyini irəli sürüb.

Məlumat üçün bildirək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərlə bağlı açıqlamasında 10 martdan etibarən təbliğat-təşviqat kompaniyası başlayacağını bildirib.