ABŞ dövlət katibinin müavininin müşaviri bu gün Azərbaycana gələcək

ABŞ dövlət katibinin müavininin müşaviri bu gün Azərbaycana gələcək

Bakı. TurkicWorld

ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisi Laura Lohman bu gün Azərbaycana gəlir, səfər fevralın 4-dək davam edəcək.

TurkicWorld-in ABŞ-ın Azərbaycandakı səfirliyinə istinadən verdiyi məlumata görə, səfər çərçivəsində rəsmi şəxslərlə görüşlər, o cümlədən Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində nazirlərin doqquzuncu görüşündə iştirak nəzərdə tutulub.

L.Lohman Dövlət Departamentinin Enerji Resursları Bürosunda Enerji Diplomatiyası Qrupuna sədrlik edir və ABŞ-ın Azərbaycanın enerji layihələrinə dəstəyini, eləcə də Azərbaycanın Avropanın enerji təhlükəsizliyində əhəmiyyətini müzakirə edəcək.