Diplomatlara qarşı istənilən hücum qəbuledilməzdir - Fransa XİN

Diplomatlara qarşı istənilən hücum qəbuledilməzdir - Fransa XİN

Bakı. TurkicWorld

Fransa ötən gün Azərbaycanın İrandakı səfirliyinə qarşı bir səfirlik əməkdaşının ölümü, ikisinin isə yaralanması ilə nəticələnən hücumu pisləyir.

TurkicWorld-in məlumatına görə, bu bardə Fransa Xarici İşlər Nazirliyinin tvitter hesabında bildirilib.

“Biz həlak olan şəxsin ailəsinə başsağlığı veririk. Diplomatlara və diplomatik korpusa istənilən hücum qəbuledilməzdir. Biz İran hakimiyyətini ölkədəki əcnəbi diplomatları qorumağa və bu hücumu öz səlahiyyətlərinə uyğun şəkildə araşdırmağa çağırırıq”, - deyə qeyd edilib.

Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.