Azərbaycanın İrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyirəm - Latviya XİN rəhbəri

Azərbaycanın İrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyirəm - Latviya XİN rəhbəri

Bakı. TurkicWorld:

Azərbaycanın İrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyirəm.

TurkicWorld-in məlumatına görə, bu barədə Latviya Respublikasının Xarici İşlər Naziri Edqars Rinkeviçs tvitter hesabında qeyd edib.

"Diplomatik nümayəndəliklərə qarşı zorakılıq hərəkətləri tamamilə qəbuledilməzdir. Həlak olanın ailəsinə başsağlığı verirəm", - deyə bildirilib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.