Litva səfirliyi Azərbaycana başsağlığı verib

Litva səfirliyi Azərbaycana başsağlığı verib

Bakı. TurkicWorld

Litvanın Azərbaycandakı səfirliyi Azərbaycanın İrandakı səfirliyinə təşkil edilən terror hücumu ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

TurkicWorld-in məlumatına görə, bu barədə səfirliyin tvitter hesabında qeyd edilib.

"Azərbaycanın Tehrandakı səfirliyinə insan tələfatı və yaralılarla nəticələnən silahlı hücumla bağlı yayılan xəbərlərdən dəhşətə gəldik. Diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir. Həlak olanın ailəsinə başsağlığı veririk", - deyə bildirilib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.