...

Ceyhun Bayramovla İƏT Baş katibi arasında telefon danışığı olub

Siyasət Digər xəbərlər 25 Yanvar 2023 20:22
TurkicWorld Daspina Hasanova
Ceyhun Bayramovla İƏT Baş katibi arasında telefon danışığı olub

Bakı. TurkicWorld:

Yanvarın 25-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha ilə telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən TurkicWorld-ə bildiriblər ki, telefon danışığı zamanı, Azərbaycan və İƏT arasında mövcud əməkdaşlıq, təşkilatın gündəliyində duran aktual məsələlər və gələcək planlar müzakirə mövzusu olub.

Nazir Ceyhun Bayramov, Azərbaycan ilə İƏT arasında müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, mədəni, təhsil və s. istiqamətlərdə faydalı və səmərəli əməkdaşlığın mövcud olduğunu vurğulayıb. Baş katibin ölkəmizə səfəri zamanı və BMT Baş Assambleyası çərçivəsində keçirilmiş görüşlərdə aparılmış müzakirələr məmnuniyyətlə xatırlanıb.

Tərəflər ötən il ərzində keçirilən birgə tədbirlərin uğurlu təşkilinə istinad edərək, 2023-cü ildə də keçirilməsi nəzərdə tutulan tədbirlər, o cümlədən cari ilin mart ayında Mavritaniyada baş tutacaq İƏT Xarici İşlər Nazirləri Şurasının 49-cu Zirvə toplantısına hazırlıq işləri barədə fikir mübadiləsi aparıblar.

Beynəlxalq sülh və təhlükəsizliyə, o cümlədən mədəniyyətlərarası, dinlərarası dialoqa təhdid törədən İslamafobiya və terrorçuluq meylləri, yoxsulluq ilə mübarizədə İƏT üzv dövlətlərinin həmrəyliyinin, habelə birgə səylərinin əhəmiyyəti vurğulanıb.

Telefon danışığı zamanı, digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbərlər

Xəbər lenti