Bakı,TurkicWorld
Hazırda Azərbaycan və Niderland arasında 4 saziş üzrə işlər davam etdirilir.
TurkicWorld-un tədbirdəki müxbiri xəbər verir ki, bu barədə bazar ertəsi Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Tom Berendsenlə birgə keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, qarşıqlıq investisiyalara baxdıqda, yüksək rəqəmlər müçahidə olunur.
Onun sözlərinə görə, Azərbaycanda 150-dən artıq qeydiyyatdan keçən Niderland şirkəti mövcuddur.
"Son illər ərzində Azərbaycan və Niderland arasında siyasi dialoq inkişaf edib. Bu ilin iyul arasında iki ölkənin xarici işlər nazirlikləri arasında məsləhətləşmələr həyata keçirilib", - Ceyhun Bayramov vurğulayıb.







