Son dəqiqə

Ceyhun Bayramov

Ceyhun Bayramov Cayşankarla Ermənistanı müzakirə edib

BAKI,TurkicWorld

Regional vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsinin normallaşması, xüsusi olaraq tarixi Vaşinqton sammitindən sonra əldə edilmiş irəliləyişlər, müsbət məqamlar barədə fikir mübadiləsi apardıq.

TurkicWorld-un tədbirdəki müxbiri xəbər verir ki, bu barədə cümə günü Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Hindistan xarici işlər naziri Subrahmanyam Cayşankarla birgə keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, bu kontekstdə həm Azərbaycan tərəfindən atılan birtərəfli bir sıra addımlar müzakirə olunub:

"Azərbaycan ərazisindən Ermənistana yüklərin daşınmasına olan məhdudiyyətlərin götürülməsi, ölkəmizdən bir sıra malların Ermənistana təchizinin başlanması, xüsusi olaraq neft məhsulları, dövlət qurumlarının nümayəndələrinin qarşılıqlı səfərləri, vətəndaş cəmiyyəti kontaktları və bir sıra digər məqamlar bu gün müzakirə edildi", - deyə Ceyhun Bayramov əlavə edib.

Mövzuya görə xəbərlər