Son dəqiqə

Ceyhun Bayramov

Son illər Azərbaycan və Hindistan arasında fikir müxtəlifliyi var idi

BAKI,TurkicWorld

Son illər ərzində bir sıra məsələlərlə bağlı iki ölkə arasında müəyyən fikir müxtəlifliyi var idi və belə olan təqdirdə bu, istər-istəməz həm ikitərəfli münasibətlərə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində də bir sıra əməkdaşlıq imkanlarına təsir edirdi.

TurkicWorld-un tədbirdəki müxbiri xəbər verir ki, bu barədə cümə günü Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Hindistan xarici işlər naziri Subrahmanyam Cayşankarla birgə keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, bu gün çox ətraflı, açıq və konstruktiv formatda bütün bu məsələlər müzakirə edildi.

"Hesab edirəm ki, bu, Azərbaycan-Hindistan münasibətlərinin daha da yüksək səviyyəyə çatdırılmasına ciddi zəmin yaradacaq və bunun nəticələri qısa müddətdə özünü göstərəcək", - Ceyhun Bayramov qeyd edib.

Mövzuya görə xəbərlər