Son dəqiqə

Azərbaycan Gürcüstan

Gürcüstan Azərbaycana yeni səfir təyin edib

Bakı. TurkicWorld:

George Zakaraşvili Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat dərc edilib.

Bildirilib ki, George Zakaraşvili uzun illər Gürcüstan Xarici İşlər Nazirliyinin mərkəzi aparatında və ölkənin diplomatik nümayəndəliklərində müxtəlif vəzifələrdə çalışıb.

O, 2021-ci ildən Gürcüstanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri, həmçinin GUAM yanında Gürcüstanın daimi nümayəndəsi vəzifələrində fəaliyyət göstərib.

2016-2019-cu illərdə Zakaraşvili Gürcüstanın Rusiya Federasiyasındakı İsveçrə Konfederasiyasının səfirliyində Gürcüstanın Maraqlar Bölməsində nazir-müşavir vəzifəsini tutub. 2012-2016-cı illərdə isə Gürcüstanın Ukraynadakı səfirliyində və GUAM yanında daimi nümayəndəliyində nazir-müşavir vəzifəsində çalışıb.

George Zakaraşvili müxtəlif dövrlərdə Gürcüstan Xarici İşlər Nazirliyinin Siyasi Departamentinin direktoru və Mərkəzi Asiya ölkələri ilə əlaqələr şöbəsinin rəhbəri vəzifələrində də fəaliyyət göstərib.

Mövzuya görə xəbərlər