Çavuşoğlu və BMT baş katibi taxıl dəhlizini müzakirə ediblər

Çavuşoğlu və BMT baş katibi taxıl dəhlizini müzakirə ediblər

Bakı, Dekabr 29. /TurkicWorld/

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və BMT-nin baş katibi Antoniu Quterreş arasında telefon danışığı olub.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə XİN-in mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, telefon danışığı zamanı Əfqanıstandakı, o cümlədən Ukraynadakı vəziyyət, və taxıl dəhlizini müzakirə edilib.

Tərəflər Suriyaya transsərhəd humanitar yardımın göstərilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Türkiyənin təşəbbüsü ilə BMT Baş Assambleyasının qəbul etdiyi “sıfır tullantı” qətnaməsinin icrası mövzusuna da toxunulub.