Azərbaycan Ordusu Ermənistan mövqeləri istiqamətində atəş açmayıb - MN

Azərbaycan Ordusu Ermənistan mövqeləri istiqamətində atəş açmayıb - MN

Azərbaycan Ordusu Ermənistan bölmələrinin mövqeləri istiqamətində atəş açmayıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

"Azərbaycan Ordusunun bölmələri tərəfindən guya noyabrın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində müxtəlif çaplı atıcı silahlardan atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir.

Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - nazirlik bəyan edir.