Ermənistan qeyri-konstruktiv mövqeyi ilə özünü regiondakı bütün imkanlardan məhrum edir - AK Partiya rəsmisi

Ermənistan qeyri-konstruktiv mövqeyi ilə özünü regiondakı bütün imkanlardan məhrum edir - AK Partiya rəsmisi

Bakı. TurkicWorld:

Ermənistan qeyri-konstruktiv mövqeyi ilə özünü regiondakı bütün imkanlardan məhrum edir. Azərbaycan sülh müqaviləsi təklif etsə də Ermənistan hələ də adekvat cavab verməyib.

TurkicWorld-un məlumatına görə, bunu noyabrın 22-də Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) ev sahibliyi ilə keçirilən Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) “Təhlükəsizlik və əməkdaşlıq: Siyasi partiyaların rolu” mövzusunda xüsusi konfransında Türkiyənin hamkim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Xarici əlaqələr üzrə sədr müavini Mehmet Ceylan deyib.

O qeyd edib ki, düzgün qərar vermək heç zaman gec deyil. “Əminik ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi ərazi bütbvlüyü əsasında imzalanacaq. Türkiyə-Azərbaycan həmrəyliyi bu gün hər zamankından daha güclüdür. Həm yaxşı, həm pis gündə Türkiyə Azərbaycanın yanındadır. Şuşa Bəyannaməsini imzalamaqla münasibətlərimizi ən yüksək səviyyəyə çatdırdıq. Regionda davamlı sülh və sabitliyin təmini üçün tarixi bir şərait yaranıb. Türkiyənin münasibətlərin normallaşmasına böyük ümidi var, başqa bir yol yoxdur”, - deyə o əlavə edib.