Son dəqiqə

Prezident İlham Əliyev Edqars Rinkeviçs

Latviya lideri Prezident İlham Əliyevə təşəkkür edib

BAKI,TurkicWorld

Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs səmimi qəbula görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edib.

TurkicWorld xəbər verir ki, bu barədə Rinkeviçs öz rəsmi "X" sosial şəbəkə hesabında yazıb.

"Prezident İlham Əliyevlə çox səmimi və məzmunlu müzakirələr apardıq. İkitərəfli münasibətləri, regional təhlükəsizliyi və enerji məsələlərini müzakirə etdik. Strateji tərəfdaşlar olaraq bundan sonra da sıx siyasi və iqtisadi əlaqələri inkişaf etdirəcəyik. Səmimi qəbula görə Sizə təşəkkür edirəm, cənab Prezident", – deyə Latviya Prezidenti qeyd edib.

Xatırladaq ki, aprelin 21-i axşam saatlarında Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs Azərbaycana rəsmi səfərə gəlib. Aprelin 22-də Rinkeviçsin rəsmi qarşılanma mərasimi keçirilib, daha sonra Azərbaycan və Latviya prezidentləri təkbətək və geniş tərkibdə görüşlər keçiriblər. Daha sonra Azərbaycan-Latviya sənədlərinin mübadiləsi baş tutub, Prezident İlham Əliyev və Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış ediblər.

Mövzuya görə xəbərlər